Misirin devrildikdən sonra həbs olunan, daha sonra məhkəmə salonunda ölən mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursi vəfat edib.
Unikal.org-un məlumatına görə, A.Mursinin ölümünə səbəb infarkt keçirməsi olub. Qardaşının ölüm xəbərini təsdiqləyən Məhəmməd Mursinin böyük oğlu Əhməd Mursi bildirib ki, infarkt keçirəndən sonra xəstəxanaya aparılan Abdullah Mursinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi iyun ayında məhkəmə salonunda keçirdiyi infarkt nəticəsində ölmüşdü.