İranda 13 yaşlı bir qız uşağının evlilik görüntüləri sosial şəbəkdə yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insanların sosial şəbəkədə paylaşılan görüntülərə reaksiyasından sonra nikah ləğv olunub. Həmin görüntüləri lentə alan şəxs videoya baxdıqda gözyaşlarını tuta bilmədiyini deyib. 13 yaşlı qızla evlənən bəy isə videonu paylaşan şəxsi təhdid edib.

Qeyd edək ki, İranda hələ də azyaşlı uşaqların evləndirilməsinə icazə verən qanun qüvvədədir.