Türkiyənin dəstəklədiyi "Milli Azadlıq Cəbhəsi”ndən olan Suriya döyüşçüləri İdlib əyalətində Rusiyanın bir neçə xüsusi təyinatlısını öldürdüyünü açıqlayıb.
Unikal.org rus mətbuatına istinadən bildirir ki, bu barədə “Əl-Masdar” portalı yaraqlıların açıqlamasına istinadən məlumat yayıb.
İddia edilir ki, Rusiya xüsusi təyinatlı dəstəsini bir neçə döyüşçüsü təmas xəttini yarıb keçmək istərkən Aajaz şəhəri istiqamətində öldürülüb, daha bir neçə xüsusi təyinatlı yaralanıb. Təşkilatda olan döyüşçülərdən biri bunun uğurlu əməliyyat olduğunu qeyd edib.
Rusiya Müdafiə Nazirliyi bu informasiyaya hələlik şərh verməyib.