Rusiyanın “Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.
Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. A.Korşunov bu vəzifədə 2009-2017-ci illərə işləyib.
Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını “məsuliyyətsiz rəqabət” adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.
A.Korşunov 57 yaşındadır. Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.
“Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir.