Rusiyanın Moskva vilayətində istismar edilməyən və sökülməkdə olan 5 mərtəbəli bina çöküb.
Unikal.org xəbər verir ki, dağıntılar altında qalanlar var. Qeyd olunur ki, dağıntılar altında qalanlar binanın söküntüsü ilə məşğul olan fəhlələrdir.
Hazırda insanların axtarışı və xilasetmə əməliyyatları davam edir. Axtarışlara 36 nəfər və 12 texnika cəlb edilib.