Çinli alimlərdən ibarət qrup deşilmiş arteriyadan qanın axmasını dayandıran hidrogel hazırlayıb.
Unikal.org xəbər verir ki, alimlər hidrogelin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini bildirirlər.
Məlumata görə, hidrogel su, jelatin, zülal və başqa kimyəvi maddələrin qarışığından ibarətdir. Onun strukturu insanın birləşdirici toxumalarına maksimal dərəcədə bənzədilib. Ultrabənövşəyi işıq gelin üzərinə düşdükdə o, cəmi 20-30 saniyə ərzində yaraya yapışaraq və qanın axmasının qarşısını alaraq, bərkiyir və sıxlaşır. Hidrogel 290 mm civə sütununa bərabər təzyiqə davam gətirə bilər.