Ukraynanın şimalında yaşayan Maria adlı qadın həyat yoldaşını boğaraq öldürdükdən sonra başını və cinsi orqanını kəsib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı qadın həyat yoldaşının cinsi orqanını kəsdikdən sonra onu itlərə yem olaraq atıb.
Polis qadının illərcə şiddətə məruz qaldığını və yaşadığı şiddətə son qoymaq üçün belə bir yola əl atdığını deyib.
Ərini öldürdükdən sonra qan içində küçəyə çıxan qadın qonşusu ilə qarşılaşıb və ona həyat yoldaşını öldürdüyünü deyib. Qonşu isə məsələni dəqiqləşdirmək üçün evə girib və adamın meyiti ilə qarşılaşıb. Digər qonşuların polisə xəbər verməsi ilə Maria saxlanılıb və həbs olunub. Onun oğlu 48 yaşlı anasını heç vaxt bağışlamayacağını bildirib.