Mərkəzi Afrika Respublikasında iki silahlı qrup arasında baş verən qarşıdurmalar zamanı iyirmi üç hərbçi öldürülüb.
Unikal.org xəbər verir ki, hadisə Birao şəhəri yaxınlığında baş verib.
Məlumata əsasən, toqquşmaların iştirakçıları İntibah xalq cəbhəsi və Ədalət uğrunda Mərkəzi Afrika xilaskarlarının hərəkatı üzvləridir.