Bazar günü Andhra Pradeşdəki vilayətində Godavari çayında turistlərin olduğu motorlu qayıqın aşması nəticəsində ən azı 12 nəfər boğulub və 20-dən çox insan itkin düşüb.

Unikal.org-un məlumatına görə, qayığın göyərtəsində təxminən 60 nəfər olub, onlardan 20-si xilas edilib. Faciə Devipatnam kəndi ərazisində baş verib. İtkin düşənlərin axtarışına xilasedicilər və helikopterlər cəlb olunub. Bildirək ki, Aşırılan qayıq yerli turizm şöbəsinə məxsus idi.

Qeyd edək ki, sentyabrın 13-də, dini festival zamanı Madhya Pradeşdə vilayətində motorlu qayığın aşması nəticəsində 11 nəfər ölüb.