Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlunun daha bir yaxını AKP-dən getdi.
Unikal.org xəbər verir ki, Davudoğlunun "sağ qolu" hesab edilən Musa Arat AKP-dən istefa verib.
Sözügedən istefa barədə danışan Arat 14 il AKP-yə xidmət etdiyini, heç bir dostunun vəzifədən kənarlaşdırılmağa layiq olmadığını bildirib.
O, xidmətinin qarşılığını ala bilmədiyini deyib.