Fransa doğma divarlar arasında keçirilən Avropa çempionatının 1/8 final matçında İrlandiyanı məğlub edib.
Unikal.org xəbər verir ki, Lionda keçirilən görüş "üçrənglilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk olaraq irlandlar fərqləniblər. Robbi Bredi matçın 3-cü dəqiqəsində komandasını hesabda irəli çıxartmaqla yanaşı, hazırkı çempionatda ən tez, Avropa çempionatları tarixində isə tezliyinə görə ikinci qolun müəllifi olub.
İkinci hissədə fransalılar Antuan Qrizmanın 58 və 61-ci dəqiqələrdə vurduğu qollar ilə qələbəni İrlandiyadan qopara biliblər.
Fransa yığması iyulun 3-də keçiriləcək ¼ final oyununda İngiltərə və İslandiya cütünün qalibi ilə qarşılaşacaq.