Mərakeşli jurnalist Həcər Raissuni bir illik həbs cəzasına məhkum olunub. İddiaya görə jurnalist evlənmədən cinsi əlaqəyə girib və abort etdirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, fəallar bu qərarın tənqidçi jurnalistlərə qarşı təzyiq siyasətinin bir hissəsi olduğunu deyiblər. İnsan Haqqları İzləmə Təşkilatı (HRW) qərarı tənqid edib.
Təşkilat hər kəsin öz razılığı ilə cinsi əlaqəyə girməsinin insan haqqı olduğunu, bunun BMT Ailə və Siyasi hüquqlar haqqında Beynəlxalq Konvensiya tərəfindən zəmanət altına alındığını bildiriblər. Onlar abortun qanunsuz olduğu ölkələrdə qadınların həyatlarını təhlükəyə ataraq gizlin yerlərdə aborta getdiyini xatırladıb. HRW Mərakeşə abortu qanuniləşdirmək haqqında çağırış edib.
Raissuni avqust ayında sudanlı nişanlısıyla birlikdə paytaxt Rabatda ginekoloqdan çıxarkən tutulub. 28 yaşlı jurnalist isə ittihamları rədd edərək, daxili qanaxma üçün müalicə olunduğunu söyləyib.
HRW Raissuninin nəzarətə alındıqdan sonra zorla ginekoloji müayinəyədən keçirildiyini deyib. Qurum jurnalistin istəyi olmadan müayinədən keçirilməsinin beynəlxalq insan hüquqlarına zidd olduğunu açıqlayıb.
Raissouni iqtidarı tənqid edən müstəqil qəzetdə çalışır. Dünən Rabatdakı məhkəməsinə qara rəngli baş örtüyü ilə qatılan Raissuni sudanlı nişanlısı ilə birlikdə abort etdirməyə getməsi iddiasını rədd edib.
Məhkəmə Raissouni ilə yanaşı nişanlısına da bir il həbs cəzası verib. Məhkəmə Raissouni'nin yanında nişanlısına da bir il həbs cəzası verdi. Həkim isə ik il həbs xəzası alıb. Həkimin köməkçisi və klinikadakı tibb bacısının həbs cəzası təxirə salınıb.
Jurnalistin vəkili qərara etiraz edəcəklərini bildirib.