Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.
Unikal.org APA-ya istinadən bildirir ki, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib.
"Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk", - deyə o vurğulayıb.
Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.