Bakıda vətəndaşa məxsus mənzildə yanğın baş verib.

Unikal.org FHN-ə istinadən bildirir ki, Yasamal rayonunda ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv.m sahədə döşəmə yanıb.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.