Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin İstanbuldakı terror aktı nəticəsində ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.

Unikal.org bu barədə Trend-ə istinadən məlumat verir.

O qeyd edib ki, baş vermiş terror aktı bu qorxunc şərlə mübarizə üçün bütün dünyanın səylərinin birləşdirməsi zərurətini göstərir.

S.Narışkin İstanbuldakı terror aktını qorxunc cinayət adlandırıb.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.