AHİK-in sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev İstanbul şəhərində baş vermiş faciə ilə bağlı Türkiyənin həmkarlar ittifaqları liderlərinə (Avrasiya Kənd-Qida, Kənd Təsərrüfatı, Meşə və Turizim Sendikasının sədri Cəmail Bakındıya, HAK-İŞ Konfederasiyasının sədri Mahmut Arslana, Türk-Metal Sendikasının sədri Pevrul Kavlaka, Komu-Sen Konfederasiyasının sədri İsmail Koncuka, Devrimçi İşçi Sendikaları Konfederasiyasının sədri Kani Bekoya, Memur Sendikaları Konfederasiyasının sədri Ali Yalçına) başsağlığı teleqramı göndərib.
Unikal.org-un məlumatına görə, teleqramda deyilir:
İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar kədərinizi bölüşərək Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycanın bütün həmkarlar ittifaqı üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralılara və xəsarət alanlara Allahdan şəfa diləyirəm.