İranda 1989-ci ildən bəri silahlı qüvvələrin baş qərargah rəisi olan general-mayor Həsən Firuzabadinin dünən gözlənilmədən vəzifəsinə son verilib.
Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, İranın dini lideri Əli Xamneyi silahlı qüvvələrin ilk baş qərargah rəisi olan və təxminən 27 ildir bu vəzifədə çalışan Firuzabadinin yerinə general Məhəmməd Hüseyn Bakirini təyin edib.
Yeni baş qərargah rəisi Məhəmməd Hüseyn Bakiri 1980-88-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat və Əməliyyatlar Üzrə Komandiri vəzifəsində ikən öldürülən və qəhrəman adı verilən Məhəmməd Həsən Bakirinin qardaşıdır.
Xamneyi general-mayor Firuzabadini ali dini liderin yüksək hərbi müşaviri postuna gətirib.