Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "LUKoyl" şirkətinin Xantı-Mansisk muxtar dairəsinin Lanqepas şəhərində yerləşən neft emalı zavodunda partlayış baş verib.
Unikal.org-un Ans press-ə istinadən məlumatına görə, hadisə yerinə xilasedicilər, yanğınsöndürən maşınlar, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Karbohidrogenlərin benzin və qaza parçalandığı qurğunun zədələnməsindən sonra yanğın baş verib. 50 kavadrat metr sahədə qaz yanmağa başlayıb.
Partlayışla müşayiət olunan yanğında 4 nəfər xəsarət alıb. Onlar hazırda Lanqepas xəstəxanasına çatdırılıb. Onlardan biri üzündən yırtılmış yara, digər üç nəfər isə yanıq xəsarətləri alıb.