Bu gün “Brexit” üzrə yeni razılaşma əldə olunandan sonra Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker və Böyük Britaniyanın Baş Naziri Boris Conson Brüsseldə birgə mətbuat konfransı keçiriblər.
Unikal.org-un “Sky News”a istinadən verdiyi xəbərə görə, Jan-Klod Yunker yeni sazişdən məmnun qaldığını bildirsə də, “Brexit”in baş verəcəyi üçün kədərləndiyini açıqlayıb.
O, son iki həftə ərzində aparılan yüksək səviyyəli danışıqlara görə B. Consona təşəkkür edib.
B. Conson isə bildirib ki, bu razılaşma 31 oktyabrda ölkəsinin tam və bütöv şəkildə Avropa İttifaqından (Aİ) çıxması, həmçinin vahid Britaniya olaraq gələcəklə bağlı qərarlar qəbul etməsi anlamına gəlir.
Fransa Prezidenti Emmanuel Makron isə "Brexit" üzrə sazişin Böyük Britaniya və Aİ parlamentlərində böyük maneələrlə üzləşə biləcəyini deyib.