Seksual manyak 11 yaşlı uşağ qaçıraraq ona üç fərqli məkanda təcavüz edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insanı dəhşətə gətirən hadisə Avstraliyanın Nyu Souz Veyl bölgəsində baş verib. 49 yaşlı pedofil Bred David Hill məktəbə gedən qızı zorla avtomobilinə mindirərək qaçırıb. Heç kimin olmadığı bir yerdə maşını saxlayan manyak azyaşlıya təcavüz edib. Sonra bir neçə fərqli yerdə kiçik qıza təcavüz edən manyak ərazidən qaçıb.
5 saatlıq işgəncədən sonra evinə gedən azyaşlı başına gələn çirkin hadisəni valideynlərinə danışıb. Qızın ailəsi polisə məlumat verdikdən sonra 49 yaşlı manyak saxlanılıb.

Törətdiyi iyrənc əməli etiraf edən pedofil məhkəmənin qərarı ilə 20 il müddətinə həbs edilib.