Ermənistan müdafiə naziri Seyran Ohanyan iddia edib ki, Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsi İrəvana Moskvanı xəbərdar etmədən Rusiyaya məxsus qırıcılardan və S-300 raketlərindən istifadə etməyə imkan yaradacaq.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, Ermənistanın ictimai televiziyası ilə çıxış edən Seyran Ohanyan deyib:
"Bu sazişin çərçivəsində biz regional havadan müdafiə tapşırıqların yerinə yetirilməsi zamanı biz Rusiyanın dördüncü nəsil çox funksiyalı qırıcı təyyarələrindən, S-300 sistemlərindən, raket əlyehinə imkanlarından istifadə edə bilərik. Hava kəşfiyyatı çərçivəsində geniş radiolakasiya imkanlarından da yararlana bilərik".
Şəksiz ki, regional müdafiə tapşırıqları dedikdə erməni nazir Qarabağda baş verəcək döyüşləri nəzərdə tutub. Yəni onun dediyindən belə çıxır ki, Ermənistanla Rusiya arasında havadan müdafiə sistemlərinin birləşdirilməsi barədə saziş bağlandıqdan sonra İrəvan Qarabağda baş verəcək döyüşlərdə Rusiyanın Gümrüdəki hərbi bazasındakı raketləri və İrəvandakı rus qırıcı təyyarələrini istifadə edə biləəck.
Özü də, bununla bağlı İrəvanın Moskvadan icazə istəməsinə ehtiyac qalmayacaq: "Həm dinc, həm də döyüş həraitində havadan müdafiə sisteminin erməni hissəsi Ermənistanın havadan müdafiə sisteminin və aviasiyasının komandanlığı altında olacaq. Əmrləri Ermənistan silahlı qüvvələrinin baş qərargahı, Ermənistan aviasiyası və Ermənistanın havadan müdafiə sistemi verəcək".