Adıyaman bölgəsində Abdullah P. adlı şəxs davalı olduğu qaynı tərəfindən tapançayla ayağından vurulub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yolda qarşılaşan qohumlar əvvəl mübahisə ediblər. Mübahisə böyüyərək davaya çevrilib. Əsəblərinən hakim ola bilməyən qayın silaha əl atıb. 

Həkimlər yaralanan şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib. Hadisə anı ətrafdakı ofislərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Hadisə yerinə pois əməkdaşları və səhiyyə işçiləri sövq edilib.