İzmir şəhərində qumar oynanılan məkana basqın edilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində qumar oynadığı müəyyən edilən 101 nəfər saxlanılıb. Qumarxananın başçsı isə "qumar oynamağa yer və imkan yaratmaq" iddiası ilə həbs olunub.
Kassada olan 580 min TL (170 min manat) ələ keçirilib.