103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Elmar Musayev növbəti görüşündə Gədəbəy ziyalıları və müəllimləri ilə bir araya gəlib.

Unikal.org xəbər verir ki, çıxış edənlər ona uğurlar arzulayıbılar, gənc namizəd kimi, eyni zamanda milli-mənəvi keyfiyyətləri ilə seçilən Elmar Musayevə tam dəstək verilib.

Namizəd isə çıxışında bildirib ki, seçkilər böyük imkanlar vəd edir ki, xalq onun səsini eşitdirəcək şəxsi dəyərləndirsin. O, bu mnərhələdə xüsusilə müəllimlərə müraciət edərək bildirib ki,  seçki prosesində onların adından istifadə edilməsinə şərait yaratmasınlar.