Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin mətbəxində lambirindən ibarət divar üzlüyü 2 m² sahədə əriyib, yüksək temperaturdan soyuducu qarsalanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.