İngiltərənin “Tottenhem” klubunun futbolçusu Tobi Alderveyreld nümunəvi addımı ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, 30 yaşlı futbolçu, koronavirus pandemiyasına yoluxan insanlara yardım edəcəyini bildirib. Bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat yayıb:
“Bu pandemiyanın yayılması bir çox məhdudiyyətlərə səbəb oldu, xüsusilə də, insanların əlaqəsinə təsir göstərdi. Hətta xəstələr dostlarını və qohumlarını görə bilmirlər.
Virus səbəbiylə xəstəxanalarda olan xəstələr üçün elektron tablet almağı və onlara hədiyyə etməyi planlaşdırıram. Bununla, onlar sevdikləri ilə görüntülü söhbət edə bilərlər”.