5-7 iyun tarixlərində baş tutmalı olan "Formula-1" üzrə Azərbaycan Qran-prisi də təxirə salınıb.
Unikal.org-un məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi "tvitter" səhifəsində məlumat verilib.
Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Koronavirusa görə təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.
Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib.