Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 832 test edilib.

Unikal.org  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 10-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 356 032 test edilib və 8 530 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 4 720 nəfəri sağalıb, 102-si dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 339 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib, 114 xəstə sağalıb.