Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4927 nəfər ölüb, 186493 nəfər bu infeksiyaya yoluxub, 158828 nəfər isə müalicə olunub.