Avropa maye yanacaqdan asılılığını aradan qaldıra bilənə qədər, neft hasilatı daha sürətlə azalacaq. Buna görə də Avropa ölkələri növbəti onilliklərdə neft defisiti ilə üzləşə bilər.
Unikal.org xəbər verir ki, bu barədə “Shift Project” analitika mərkəzinin hesabatında bildirilir.
“Neft tədarükü ilə əlaqədar böhran və bazar qiymətlərində ciddi şok riski artacaq”, - deyə mətndə bildirilir.
Mütəxəssislər Avropa İttifaqına neft tədarükünün 40%-ni təmin edən sabiq SSRİ respublikaları üçün “sistematik azalma” proqnozlaşdırırlar.
Bununla yanaşı, Aİ-na neft tədarükünün 10%-ni təmin edən Afrikada da neft hasilatı növbəti onilliklərdə kəskin düşəcək. Analitiklərin fikrincə, qeyd edilən məsələyə koronavirus təsir göstərə bilər. Belə ki, pandemiya səbəbindən neft layihələrinə investisiyalar qeyri-müəyyən müddətə dayandırılıb.