ABŞ Fransa, Almaniya, İspaniya və Böyük Britaniya mallarına ümumilikdə 3,1 mlrd dollar məbləğində yeni rüsum tətbiq edə bilər.
Unikal.org xəbər verir ki, “Bloomberg” agentliy ABŞ-ın danışıqlardakı təmsilçisi Robert Laythayzerin ofisinə istinadla məlumat verir.
Vaşinqtonun pivə, cin və yük avtomobillərinə rüsum tətbiq etməyi, eləcə də təyyarə, pendir və yoqurt növlərinə olan gömrük rüsumunu artırmağı nəzərdən keçirdiyi bildirilir.
Məlumata əsasən, rüsum “Givenchy”, “Hermes”, “ Remy Cointreau” və “Pernod Ricard” kimi lüks brendlərə tətbiq edilə bilər.
Xatırladaq ki, ABŞ ötən ilin oktyabrında Aİ ölkələrinin 150 növ əmtəə markasına rüsum tətbiq etmişdi.