ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatı ilə bağlı açıqlamasından sonra “qara qızıl”ın qyməti 4,5 faiz ucuzlaşır.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərrac sövdələşmələrinin nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə 18:56-yə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 4,46% azalaraq 40,73 ABŞ dollar/barelə düşüb. WTI markalı neftin avqust fyuçersləri isə 4,63% azalaraq 38,05 ABŞ dollar/barelə çatıb.