Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 27-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayını açıqlayıb.
Bu barədə Unikal.org-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 27-si saat 00:00-dan iyunun 28-i saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2338 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 432 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.