"102" xidmətinə həddindən artıq şikayət etməsinə görə ona zəng edən polislə səs yazısı yayılan Lerikin Günəşli kənd sakini Elxan adlı şəxs açıqlama verib.
Unikal.org xəbər verir ki, "Space" TV-də yayımlanan "Olar olmaz" verilişinə danışan Lerik sakini nəyə görə çox şikayət etməsindən bəhs edib.
O bildirib ki, il ərzində "102" xidmətinə etdiyi şikayətlərin sayı 200-dən yuxarıdır. O, 57 şikayətin təkcə Bakı üzrə olduğunu bildirib.