“Vətəndaşlar ciddi yanaşmalı, məsuliyyətsizlik etməməlidirlər”.
Bunu Unikal.org-a açıqlamasında xalq şairi Nəriman Həsənzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-nə qədər olan sərt karantin rejiminin yenidən tətbiq olunması ilə bağlı qərarını şərh edərkən bildirib.
“Vətəndaşlar koronavirus infeksiyasına ciddi yanaşmalıdırlar. Dövlət başçısı vəziyyətin çox çətin olduğunu da dəfələrlə bildirib. Günbəgün yoluxmanın sayı artır. Belə bir halla heç bir zaman qarşılaşmadığımız üçün təcrübəmiz də olmayıb. Ancaq dövlətin qoyduğu qanuna əməl edilməlidir. Çünki bu, bizim xeyrimizədir. Mən də evdən çölə çıxmıram. Görünməyən düşmənlə vuruşuruq. Vətəndaşlar qaydalara riayət etdikləri təqdirdə virusa qalib gələ bilər”.
Dürrə Həsənova