Yaponiyanın "AnGes" əczaçılıq şirkəti Osaka Universitetinin xəstəxanasında koronavirusa qarşı vaksinin insanlar üzərində ilk kliniki sınaqlarına başlayıb.
Unikal.org-uin məlumatına görə, sınaqların ilkin mərhələsində 30-dək könüllü iştirak edəcək. Könüllülər xəstəxananın əməkdaşları arasından seçiləcək.
Vaksinin səmərəliliyi təsdiq olunacağı təqdirdə sınaqlar xəstələr arasında 400-dək könüllü üzərində keçiriləcək.
"AnGes" şirkəti nuklein turşuları əsasında DNT-vaksin yaradıb. Bu vaksinin sınaqları siçanlar üzərində uğurla keçirilib. Vaksindən siçanlarda anticisimlərin yarandığı deyilir.
Qeyd edək ki, hazırda bütün dünyada 10-dək koronavirus vaksininin sınaqları davam edir.