Müstəqil Azərbaycanın ilk banklarından biri olan “Rabitəbank”ın fəaliyyətə başlamasının 27-ci ildönümü tamamlanıb. Ötən il ərzində innovativ dəyişiklikləri sayəsində Bank proqressiv və davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, maliyyə bazarında ən səmərəli banklardan birinə çevrilib.
27 il ərzində “Rabitəbank” daim müştərilərinə göstərdiyi xidmət keyfiyyətini artırmaq, yenilikçi addımları ilə onların rəğbətini qazanmağa və həyatlarını rahatlaşdırmağa çalışıb. Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub. Hal-hazırki dövrdə isə bankın aktivləri bir milyard manata, kredit portfeli isə 400 milyon manata yaxınlaşmaqdadır.
Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 27-ci fəaliyyət ili ərəfəsində rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib:
- Rebrendinq edərək loqo və korporativ üslubu dəyişib;
- “Rahat bankçılıq” fəlsəfəsini öz işində əsas fəaliyyət prioritetinə çevirib;
- Müştərilərinə daha yaxın olmaq üçün “Rabitəbank Mobil” tətbiqini təqdim edib;
- Üstünlükləri ilə Azərbaycanda ilkə imza atan Kartmane məhsulunu təqdim edib;
- Azərbaycanda mesencer və teleqram platformalarından maliyyə əməliyyatlarını icra edən “RabitaBot” adlı ilk çatbot təqdim edib;
Rəqəmsal bankçılıq imkanlarını genişləndirməklə yanaşı fiziki imkanlarından da qənaət etməyərək filial və şöbələrin daha komfortlu və operativ həll məkanına çevrilməsi üçün investisiya yatırdı.
“Rabitəbank” bu yeniliklərinin ardınca 2020-ci ilə birinciliklərlə start verdi:
- “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatında Kartmane kartı “İlin bank məhsulu”;
- Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında 17 komanda arasından 1-ci yer;
- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafat.
“Rabitəbank” bu gün 800-ə yaxın əməkdaşı ilə 350 mindən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.
Ad gününə özəl olaraq bank hüquqi şəxslər və fərdi sahibkarlara dəstək göstərməyə davam edərək 300.000 AZN-dək girovsuz kredit məhsulunu müştərilərə təqdim etmişdi. Bu və digər sərfəli kredit məhsulları ilə “Rabitəbank” Azərbaycanın bütün sektorlarına maliyyə dəstəyi göstərmək gücündədir.
Ad günü münasibətilə “Rabitəbank” Kartmane kart istifadəçilərini, həm də korporativ, həm fiziki şəxs müştəriləri sevindirəcək silsilə kampaniyalara start verib. Kampaniyalar haqqında ətraflı məlumatı bankın rəsmi insternet saytından əldə edilə bilər.
Hazırda hökm sürən Koronavirus pandemiyası dövründə “Rabitəbank” sosial yönümlü layihələrini də axsatmadı. Sosial məsuliyyət missiyasına sadiq qalaraq Bank, Müqəddəs Ramazan bayramı münasibətilə 100-dən çox aztəminatlı ahıllara ərzaq yardımı, “ASAN Xidmət”lə birgə “Təhsiliniz gələcəyimizdir” layihəsi çərçivəsində Tərtərdə və Laçından məcburi köçkünlərin məskunlaşdığı Mişni obasında aztəminatlı ailələrin məktəbli əlaçı övladlarına notbuklar və bir illik pulsuz internet, habelə illərdir, ev arzusunda olan 9 nəfərlik məcburi köçkün ailəsinə mənzil şəraitini yaxşılaşdırmaq üçün 65.000 AZN dəyərində pul yardımı həyata keçirmişdir.
“Rabitəbank” ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir. 27 ildir, güclü və daha dinamik rabitədə qaldıqları üçün Bank bütün əməkdaşlarına və müştərilərinə sonsuz minnətdarlıq duyur və yeni yaşında yaddaqalan fəaliyyətlərə imza atmağı hədəfləyir.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.