Səudiyyə Ərəbistanı OPEC + ölkələrini hasilatın azaldılması haqqında razılaşmaya əməl etmədikləri təqdirdə neft müharibəsi ilə hədələyib.
Unikal.org xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyinə istinadən məlumat verir.
Bildirilir ki, Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdüləziz bin Salman bir müddət əvvəl Anqola və Nigeriyaya ultimatum irəli sürərək, yerinə yetirilməmiş öhdəliklərini kompensasiya etmək üçün əlavə azaldılmalar haqqında planlarını təqdim etməsini istəyib.
Nazir, həmçinin Səudiyyə Ərəbistanının Anqola və Nigeriyaya xələl gətirmək üçün nefti ucuz qiymətə satmağa başlaya biləcəyi barədə bu ölkələrə xəbərdarlıq edib.