ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşıb.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 22:25-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin bir barelinin qiyməti 2,59% artaraq 43,12 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,03% artaraq 40,63 ABŞ dolları olub.