Beyrut limanında baş vermiş partlayışla bağlı iş baxılması üçün Livan Məhkəmə Şurasına təhvil verilib.

Unikal.org xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı açıqlama yayıb.

Müvafiq qərar hökumətin iclasında yekdilliklə qəbul olunub.

Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərindəki limanda güclü partlayış baş verib. Partlayış zamanı azı 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Şəhərə ciddi ziyan dəyib.