Türkiyədə 17 yaşlı oğlan atasının marketini oyuncaq silahla soyub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kütahyada 17 yaşlı oğlan atasına aid marketdə çalışanları oyuncaq silahla təhdid edib.
O, mağazada olan 900 lira (300 manat) pulu götürərək qaçıb.
K.F polislər tərəfindən saxlanılaraq həbsxanaya göndərilib.