Monqolustanda daha bir nəfər bubon taunundan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.
Bildirilir ki, ölkənin qərbində yerləşən Hovd aymakının 42 yaşlı sakini iki marmot əti yedikdən sonra tauna yoluxub.
Xatırladaq ki, Monqolustanda daha öncə tauna bir neçə yoluxma hadisəsi qeydə alınıb, 15 yaşlı yeniyetmə isə dünyasını dəyişib.