ABŞ Prezidenti Donald Tramp Demokrat Co Baydenin qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Çinin ABŞ-ı ələ keçirəcəyini və insanların Çin dilini öyrənməli olacağını deyib.
Unikal.org xəbər verir ki, bu fikrini o, amerikalı jurnalist Hyu Hyuittə verdiyi müsahibədə dilə gətirib.
Onun sözlərinə görə, Bayden qalib gələcəyi təqdirdə Çin hakimiyyəti ABŞ-ı öz əlinə alacaq. ABŞ prezidenti Vaşinqtonun Çindən on milyardlarla dollar pul aldığını və bunun ÇXR-ə mənfi təsir göstərdiyini bildirib.
"Əgər seçkilərdə qalib gəlməsəm, Çin ABŞ-a sahib olacaq... Həqiqəti bilmək istəyirsinizsə, o zaman Çin dilində danışmağı öyrənməli olacaqsılnız", - Tramp deyib.
Çin lideri Si Szinpin ilə münasibətlərdən danışan Amerika lideri koronavirusla əlaqəli vəziyyətə görə danışıqların zəiflədiyini qeyd edib. Tramp əlavə edib ki, keçmişdə onlarla çox yaxşı əlaqələri olsa da, artıq Çin virusu bu əlaqələrə zərbə vurub.