Çində ata azyaşlı qızını son anda ölümdən xilas edib. 

Unikal.org xəbər verir ki, hadisə Habbin şəhərində baş verib.

Belə ki, iki azyaşlı qız evdə oynayarkən qızlardan biri güzgüyə dəyib. Bu zaman zərbənin təsiri ilə güzgü balaca qızcığazın üzərinə aşarkən son anda ata hadisəyə müdaxilə edib.Qəza anı evdə olan təhlükəsizlik kamerasında əks olunub. Həmin anlar sosial mediada paylaşılaraq gündəm yaradıb. Atanın bu hərəkətinə görə ona "Super ata" adı verilib.