Cənubi Koreya və ABŞ ortaq hərbi təlimlərin bazar ertəsindən çərşənbə axşamına qədər təxirə salınmasına dair razılığa gəlib.
Unikal.org xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birgə Baş qərargah rəisləri (JCS) açıqlamasında məlumat verilib.
Buna səbəb isə təlimlərdə iştirak etməli olan cənubi koreyalı zabitlərdən birinin koronavirusa yoluxması olub.