İranda son sutka ərzində daha 2 133 nəfərdə koronavirus aşkarlanıb, 147 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki,  bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 343 203-ə, virus qurbanlarının sayı isə 19 639-a yüksəlib.

Bundan əlavə, indiyədək 297 486 nəfər sağalıb. Akiv xəstələrin sayı 26 078-dir.