Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında növbəti dəfə telefon danışığı olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, prezidentlər Belarusda prezident seçkilərindən sonrakı vəziyyəti müzakirə edib, həmçinin xarici təhdidlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya tərəfi Belarusa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə kömək etməyə hazır olduğunu bəyan edib.