Bu gün Belarusun paytaxtı Minskdə ölkə Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi keçririlib.
Unikal.org bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
Müstəqillik meydanına minlərlə insan toplaşıb. Bu, prezident seçkilərindən və etirazların başlanmasından sonra Lukaşenkoya dəstək məqsədi ilə keçirilən ilk aksiya olub.
Bir qədər sonra Aleksandr Lukaşenko da mitinq keçirilən yerə gəlib. O, toplaşanların qarşısına çıxıb və Belarusun bütün regionlarından olan tərəfdarlarına təşəkkür edib. "Əziz dostlar, sağ olun ki, gəlmisiniz", - deyə Lukaşenko bildirib.