Kanadanın yeddi bölgəsində salmonelloz (bağırsaq infeksiyası) aşkarlanıb, 340-a yaxın insan virusa yoluxub.

Unikal.org xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlum olub ki, infeksiyanın mənbəyi Kanadaya soğan tədarük edən Amerika şirkətlərindən birinin məhsulları olub. İnsanların həm evdə, həm də restoranlarda yemək yedikdən sonra infeksiyaya yoluxduqları müəyyən edilib. Mağazalar məhsulları şirkətə geri qaytarmağa başlayıb.

Qeyd edək ki, salmonelloz (salmonella bakteriyası tərəfindən ortaya çıxan) - heyvanların və insanların kəskin bağırsaq infeksiyasıdır. Mədə-bağırsaq sisteminin zədələnməsi ilə xarakterizə olunur.