Belarusda müxalifət tərəfdarları kiçik qruplarla Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqinin keçirildiyi meydana tərəf yürüş ediblər.

Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Müxalifət tərəfdaşları şüarlar səsləndiriblər. .

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın son məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə seçkini qazanıb. 10,12% səslə ikinci yeri Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya tutub. O, seçkinin nəticələrini tanımayıb.